Filippin Hava Qüvvələrinə məxsus təyyarə ölkənin Sulu arxipelaqı yaxınlığında qəzaya uğrayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin komandanı Sirilito Sobecana bildirib.
Onun sözlərinə görə, xilasetmə əməliyyatı davam edir:
“Hazırda sərnişinləri və heyət üzvlərini xilas etmək üçün əlimizdən gələni edirik”. O vurğulayıb ki, 40 nəfər xilas edilib.
Ümumilikdə təyyarənin göyərtəsində ən az 85 nəfər var olub.