Filippində bir xəstə və bir tibb bacısı da daxil olmaqla beş nəfəri daşıyan tibbi helikopter yoxa çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, helikopterin quruda və dənizdə axtarışına başlanılıb.
Ölkənin mülki aviasiya rəsmilərinin sözlərinə görə, pilot, xəstə, iki qulluqçu və tibb bacısı olan helikopter Palavan bölgəsindəki xəstəxanaya uçarkən yoxa çıxıb.
İtmiş helikopterdəki tibb bacısı istisna olmaqla, qalan heyətin hamısının filippinli olduğu bildirilir.