Filippinin bir neçə əyalətində “Dutszyuan” fırtınasının yaxınlaşması nəticəsində baş verən daşqınlar səbəbilə 51 min insan təxliyə edilib.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarədən bildiriblər.
Məlumata əsasən, cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq. Sahilə çatana qədər fırtınanın tropik depressiyaya qədər zəifləyəcəyi istisna edilmir.
Bildirilir ki, yerli vaxtla saat 19:00 üçün fırtınanın episentri Suriqao şəhərindən 275 kilometr şərqdə olub və şimal-qərb istiqamətində hərəkət edib.