Filippində anti-narkotik reydi zamanı 30 nəfər öldürülüb, 107 nəfər isə saxlanılıb.
Reyd zamanı 230 qram metamfetamin, 765 qram marixuana, həmçinin qumbara və odlu silah aşkar edilib. Əməliyyat ölkənin 13 şəhərində eyni zamanda aparılıb.
Qeyd edək ki, 2016-cı ilin mayında Filippinin Prezidenti seçilmiş Rodriqo Duterte narkotik ticarətinə qarşı irimiqyaslı əməliyyatlar keçirəcəyini bildirmişdi.