Filippinin cənub hissəsində güclü zəlzələ oldu.
Zəlzələ 5,7 bal gücündə olub.
Bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə saat 21:32 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Mindanao adasında yerləşən Butuan şəhərindən 80 kilometr şərqdə, ocağı isə 39 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.