Filippin prezidenti Rodriqo Duterte vəzifəsini tərk etməyə və respublikanın yeni rəhbərinə ötürməyə hazır olduğunu açıqlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə o, televiziya kanallarında yayımlanan müraciətində deyib.
“Mən vəzifənin tehəvil verəcəyim günü gözləyirəm. Mən yeni liderlə görüşəcəm və sonra onu təkbətək görüşə dəvət edəcəm”, – deyə R.Duterte bildirib.
Dövlət başçısı həmçinin “gedən prezident” adlandırılmağı xəyal etdiyini qeyd eidb.
Qeyd edək ki, Filippində prezidenti, vitse-prezident və parlamentin 300-dən artıq üzvü seçiləcək. Konstitusiyaya əsasən, R.Duterte yenidən dövlət başçısı seçilə bilməz.