Filip Rikerin səlahiyyət müddəti başa çatdı

Filip Rikerin səlahiyyət müddəti başa çatdı

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddəti başa çatıb.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Filip Rikerin səlahiyyət müddətinin başa çatması Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə dair öhdəliklərinə heç bir şəkildə xələl gətirmir.

N.Prays əlavə edib ki, Filip Riker hələ də Dövlət Departamentinin əməkdaşıdır.

Teqlər: