Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi
amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şəhriyar Ələsgərovun
cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AzerTimes-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə
keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. O bildirib
ki, həyat yoldaşı ona xəyanət edib: “Sentyabrın 27-də Ləman evdən
getdi. Mən boşaqnmaq üçün məhkəməyə müraciət etdim. Noyabr ayında
məlum oldu ki, o, qonşu oğlanın qohumugildə qalır. Xahiş elədim ki,
uşaqlara görə gəl bir yerdə yaşayaq. Razılaşmadı. Həm də
narkotikdən istifadə edirdi. Mən boşanmaq istəyəndə Ləman və həmin
qonşu oğlan mənə suyun içində narkotik verdilər ki, məni
tutdursunlar. Mən də Mehribangilin evindən götürdüyüm bıçaqla ona
neçə zərbə vurmuşam, xəbərim olmayıb. Əsas fikrim onu tez öldürmək
olub. Başqa heç nə”.
Zərərçəkmiş şəxsin atası Babək İsmayılov bildirib ki, Şəhriyar
ona bildirib ki, qızın itib.
“Yalvardım ki, qızımın yerini de, and içdi ki, bilmirəm. Mənim
nəslimdə narkoman olmayıb. Mənim qızım narkoman olubsa, sən
eləmisən. Bu günə qədər uşaqları da görə bilmirəm. Mənə uşaqları
göstərmirlər. Məhkəmədən xahiş edirəm, mənim qızım ölübsə, ona da
ən ağır cəza verilsin”, – B.İsmayılov deyib.
Proses aprelin 20-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonunda
qeydə alınıb. Pirşağı qəsəbəsində 32 yaşlı Ş.Ələsgərov həyat
yoldaşı, 24 yaşlı Ləman Ələsgərovanı şəxsi münasibətlər zəminində
mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Ş.Ələsgərov haqqında Cinayət Məcəlləsinin
120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb