Mərhum bəstəkar Fikrət Əmirovun oğlu, cazmen Cəmil Əmirov onkoloji xəstəlikdən əziyyət çəkir.
AzerTimes xəbər verir ki, bu barədə Əməkdar artist Kübra Əliyeva İnstaqram hesabında paylaşım edib.
“Bu gün böyük bəstəkarımız Fikrət Əmirovun oğlu Cəmil Əmirovu ziyarət etdik. Cəmil bəy Milli Onkologiya Mərkəzində müalicə alır. Allah şəfa versin”, – deyə, K.Əliyeva paylaşımında yazıb.