FIG Dünya Kubokunun final gününün ən yaxşı anları (FOTO)

Aprelin 3-də Milli Gimnastika Arenasında kişi və qadın idman
gimnastikası üzrə FIG Dünya Kuboku başa çatıb.

AzerTimes-ın
məlumatına görə, martın 31-dən aprelin 3-dək bədii gimnastika üzrə
FIG Dünya Kuboku keçirilib. Yarışlarda dünyanın 34 ölkəsindən 145
gimnast iştirak edib, onlar arasında Olimpiya Oyunlarının, Dünya və
Avropa çempionatlarının qalibləri və mükafatçıları da olub.

Dörd gün davam edən Dünya Kuboku yarışlarının ilk iki günündə
seçmə mərhələlər, qalan günlərdə isə final mərhələsi keçirilib.
2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən
Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar
final mərhələsi hesab olunur.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayıb.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Trend oxucular üçün Dünya Kuboku yarışlarının son gününün ən
yaxşı anlarını əks etdirən fotolar hazırlayıb.

Teqlər: