FIG Dünya Kuboku: Braziliya təmsilçisi sərbəst hərəkətlərdə qızıl medal qazanıb

Braziliya təmsilçisi Culiya Suares 13.433 xalla Bakıda keçirilən
idman gimnastikası üzrə FIG Dünya Kubokunun sərbəst hərəkətləri
üzrə proqramda qızıl medal qazanıb.

AzerTimes-ın
məlumatına görə, gümüş medalı hakimlərdən 13,166 xal alan Dorina
Bötsögö (Macarıstan), bürünc medalı isə Dildora Aripova
(Özbəkistan) qazanıb, onun nəticəsi 12,866 xal olub.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika
Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku
keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə
keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək
yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa
hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Teqlər: