Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postuna
seçkilər 2023-cü ildə qurumun 73-cü Konqresi zamanı
keçiriləcək.
Trend bu barədə FİFA-nın mətbuat xidmətinə istinadən xəbər
verir.
Məlumata görə, seçki təqvimi çərşənbə günü FİFA Şurasının
iclasında təsdiqlənib. Təqvimə əsasən, seçki dövrü 2022-ci il
martın 31-də başlayacaq.
Müraciət üçün son tarix qurultaya dörd ay qalmış, qəbul edilmiş
namizədlər üçün bildiriş müddəti isə qurultaya bir ay qalmış başa
çatacaq.
FİFA-nın hazırkı prezidenti 2016-cı ildən təşkilata rəhbərlik
edən isveçrəli Canni İnfantinodur.