FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək

FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FIFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə başlayıb.

AzerTimes xəbər verir ki, oyunlar 18-26 mart tarixlərində Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada baş tutacaq.

Hər ölkədə dörd komanda çıxış edəcək və onlardan hər biri iki oyun keçirəcək.

FİFA Seriyası

Əlcəzair

Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika

Azərbaycan

Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan

Şri Lanka

Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası

Səudiyyə Ərəbistanı

A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca.

B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney.

Qalib komandaya heç bir kubok və ya pul mükafatı verilməyəcək. FİFA səyahət xərclərini qarşılamaq niyyətindədir.

Teqlər: