FİFA-nın Qətərdə keçirilən dünya çempionatından nə qədər gəlir əldə etdiyi məlum olub.
AzerTimes xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino bildirib.
“FİFA-nın Qətərdə keçirilən dünya çempionatında gəliri 10,5 milyard dollardır. Bu rəqəm dörd il əvvəlkindən 1 milyard dollar çoxdur”, – İnfantino bildirib.