FİFA Mahir Emrelini cəzalandırdı

FİFA Mahir Emrelini cəzalandırdı

FİFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

AzerTimes xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun sabiq klubu olan Polşa “Legiya”sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi Tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

Həmçinin FİFA Futbol Tribunalı Emrelinin “Legiay”ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.

Teqlər: