FİFA dünya çempionlarına qarşı intizam işi açdı

FİFA dünya çempionlarına qarşı intizam işi açdı

Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi Argentina Futbol Assosiasiyasına qarşı milli komandanın futbolçuları tərəfindən intizam kodeksinin pozulması ehtimalı ilə bağlı iş açıb.

Axaraz xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Argentina Futbol Assosiasiyasına qarşı iş FİFA-nın Nizam-İntizam Məcəlləsinin iki maddəsinin mümkün pozulmasına – aqressiv davranış və ədalətli oyun prinsiplərinin pozulması, eləcə də oyunçuların və rəsmilərin qanunsuz davranışlarına görə açılıb. Həmçinin Argentina Futbol Assosiasiyası Qətərdə keçirilən dünya çempionatında media və marketinq müddəalarına görə də cəzalandırıla bilər.

Xatırladaq ki, Argentina millisinin Qətərdə keçirilən dünya çempionatının finalında Fransa yığması üzərində qələbəsindən sonra futbolçular arasında mübahisə yaranıb. Oyundan sonra argentinalı hücumçu Lionel Messi və qapıçı Emiliano Martinez ispan hakim Mateu Laosun işini tənqid ediblər. Həmçinin argentinalı futbolçular ayrılmış zonada mətbuatın suallarına cavab verməyiblər. Turnirin ən yaxşı qapıçısı mükafatını qazanan argentinalı qapıçı Emiliano Martinez mərasim zamanı nalayiq hərəkət edib. Argentinalı futbolçular media mərkəzinin arakəsmələrini də zədələyiblər.

Teqlər: