
Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Görüşdə Hakan Fidan Qəzzadakı humanitar fəlakətə qarşı beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün diplomatiyanın bütün imkanlarından istifadə edəcəklərini vurğulayıb.

