Türkiyə BRİKS-ə üzvlüyü məsələsi davam edən bir prosesdir.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Bu, davam edən bir prosesdir. Çünki BRİKS-in özü də inkişaf edir. O, həm də identifikasiya axtarışındadır”, – o bildirib.
Fidan əlavə edib ki, mövcud beynəlxalq sistem artıq bəşəriyyətin çağırışlarına cavab verə bilmir.