Fidan Zeynn də bizə özündən danışdı

Fidan Zeynn də bizə özündən danışdı

Gənc bloqer və müğənni Fidan Zeynn ilə görüşümüz baş tutdu. Ənənəyə sadiq qalaraq, özü haqda bizə danışmağını istədik.

– Salam Fidan xanın, necəsiniz ?

– Salam, yaxşıyam, təşəkkür edirəm dəvət üçün.

– Xahiş edirik, özünüz haqda məlumat verəsiniz.

– Baş üstə..

“Mən Fidan Kamran qızı Rzayeva, 1989-cu ildə Şəki şəhərində anadan olmuşam. 2008-ci İldə Şəki şəhəri 9 nömrəli orta məktəbi bitirmişəm. Bundan əlavə 2004-cü ildə Şəki şəhəri 2 saylı musiqi məktəbini, fortepiano ixtisası üzrə bitirmişəm.

2012-ci ildə Azərbaycan Turizm Universitetinin “Biznes və İdarəetmə” fakultəsinə qəbul olub, qiyabi təhsilimi 2016-cı ildə bitirmişəm.

2009-2012ci illərdə Azərenerji ASC-də dəftərxana işcisi kimi işləmişəm.

2012-2013cü il ərzində “Steel Repair Services” şirkətində koordinator olaraq işləmişəm.

2013-2014cü il ərzində “Ankala LLC” şirkətində direktor köməkcisi kimi işləmişəm.

2014-2015ci il “HRC” şirkətində işə qəbul üzrə administrator vəzifəsində çalışmışam.

2015-2017ci illərdə elə həmin “HRC” şirkətində HR köməkcisi kimi işləmişəm.

Atam, Kamran Əsabəli oğlu Hacıyev 1966-cı ildə Şəki şəhərində anadan olmuşdur. Fərdi bizneslə məşğuldur.
Anam, Məhsətixanım Məmmədemin qızı Məmmədova 1969-cu ildə Şəki şəhərində anadan olmuşdur. İşləmir.

Ərim, Şamil Ehtibar oğlu Rzayev 1988-ci ildə Baki şəhərində anadan olmuşdur. Həkim-stomatoloqdur.

Oğlum, Zeyn Şamil oğlu Rzazadə 2016-ci ildə Baki şəhərində anadan olmuşdur.”

– Minnətarıq, Fidan xanım.

– Buyurun, bizləri xatırladığınıza görə minnətdaram.