Fidan xəbərdarlıq etdi: Münaqişə regiona yayılır

Fidan xəbərdarlıq etdi: Münaqişə regiona yayılır

Türkiyə hökuməti HƏMAS-ın yüksək rütbəli rəsmilərinə və İrandakı hədəflərə hücumlar nəticəsində yaranan hərbi eskalasiya fonunda İsrail və HƏMAS arasında davam edən müharibənin Yaxın Şərqə potensial yayılması ilə bağlı artan narahatlığını ifadə edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 3-də Ankarada media bürolarının rəhbərləri ilə görüşündə deyib.

“Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlar çoxdan xəbərdar etdiyimiz bölgədəki eskalasiyanın miqyasını nümayiş etdirir. Müharibənin regiona yayılması ciddi risk yaradır. Bildiyiniz kimi, Fələstin məsələsindən asılı olmayaraq, bəzi region ölkələrinin Qərb və ABŞ ilə müxtəlif problemləri var. Bu, çoxölçülü münaqişədir və zaman-zaman kəşfiyyat sferasından silahlı münaqişəyə çevrilir”, – deyə Fidan bildirib.

Teqlər: