Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 30-da İrana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Məlumata əsasən, Hakan Fidan səfər zamanı İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəcək.