Fidan Qətərdə HƏMAS nümayəndələri ilə görüşəcək

Fidan Qətərdə HƏMAS nümayəndələri ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı Qətərdə HƏMAS nümayəndələri ilə görüşəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Xarici işlər naziri Hakan Fidan bu gün Qətərdə olacaq. O, Qətər və HƏMAS rəsmiləri ilə görüşəcək. Digər tərəfdən, o, müvafiq tərəflərlə əlaqə saxlayacaq. 7 ölkədən olan təmas qrupunun (Qəzza üzrə) işi də bərpa olunacaq”, – mənbə bildirib.

Teqlər: