Hər iki tərəf – həm İsrail, həm də Fələstin üçün ədalətli olan sülhə çalışmaq lazımdır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammitində çıxışı zamanı deyib.
O bildirib ki, artıq belə bir sülhün vaxtı çatıb.
“Qəzzaya humanitar yardımın göndərilməsi sülh üçün fürsət ola bilər. Biz buna inanırıq. Beləliklə, beynəlxalq sabitliyə də töhfə veriləcək. Ola bilsin, hamı sülh istəyir. Amma sadəcə istəmək yox, həm də hərəkətə keçmək, addım atmaq lazımdır”.