Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Söhbət zamanı Fələstin və İsrail kontekstində baş verən son hadisələr müzakirə edilib”, – məlumatda bildirilib.