Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Kuleba sosial şəbəkə səhifəsində məlumat verib.
“Berlində olarkən türkiyəli həmkarım Hakan Fidanla görüşdüm. Biz Qara dəniz regionunda təhlükəsizlik məslələri və Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını müzakirə etdik”, – ukraynalı nazir bildirib.
Nazirlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, bu gün Berlində Almaniya diplomatiyasının rəhbəri Annalena Berbokun təşəbbüsü ilə xarici işlər nazirlərinin görüşü keçirilib.