Fidan İraq Türkman Cəbhəsinin başqanı ilə görüşdü

Fidan İraq Türkman Cəbhəsinin başqanı ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan İraq Türkman Cəbhəsi partiyasının başqanı Həsən Turan və Kərkük üzrə millət vəkili deputat Ərşad Salehi qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə XİN sosial şəbəkədə bildirib.

Görüş Türkiyənin Bağdaddakı səfirliyində baş tutub.

Xarici siyasət idarəsi görüşün təfərrüatını paylaşmayıb.

Qeyd edək ki, Hakan Fidan Bağdaddan birbaşa Bakıya səfər edib.

Teqlər: