Azercell-in dəstəklədiyi azərbaycanlı şagird beynəlxalq yarışmada yüksək nəticə əldə edib
Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə uğur qazanıblar. Bolqarıstanın Şumen şəhərində onlayn formatda təşkil edilən informatika fənni üzrə 13-cü payız turnirində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova gümüş medal əldə edib. Noyabrın 24-29-da keçirilən olimpiadaya aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəbli qatılıb.
Azərbaycanlı məktəblinin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən “Azercell Telekom” MMC-nin də böyük rolu var. Belə ki, İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. İstedadlı şagirdlər Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşaraq, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.
Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin dəstəyi ilə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək, 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.