Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə Qəzzada humanitar vəziyyəti müzakirə edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı Fələstin və İsrail kontekstində baş verən son hadisələr, həmçinin Qəzzada humanitar vəziyyət müzakirə edilib. Hər iki nazir regiona səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər. Nazirlər həmçinin NATO-nun genişlənməsi məsələlərini müzakirə ediblər”, – məlumatda bildirilib.