Fici sahillərində güclü zəlzələ baş verib

Fici sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji
Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakətin episentri təxminən 77,3 min
nəfər əhalisi olan paytaxt Suva şəhərindən 647 km şimal-qərbdə
yerləşib. Ocağın dərinliyi 528 km təşkil edib.


Sunami təhlükəsi barədə məlumat yoxdur.