Fici sahillərində 6,6 bal gücündə zəlzələ olub

Sakit okeanda, Fici adaları sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Lambasa şəhərindən 349 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.