Fici arxipelaqı yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Ficinin paytaxtından 470 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 605,6 km dərinlikdə olub.
Sunami təhlükəsi barədə məlumat verilməyib.