Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, zəlzələ baş verdikdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişib:
“Dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin göstərilməsi, humanitar yardımın çatdırılması kimi əməliyyatları uğurla yerinə yetirib. Həm sevincli, həm də kədərli günündə səninləyik.”