Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, hazırda dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.