Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, daxil olmuş
zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən
sutka ərzində 30 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma
və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları
həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 9
nəfər, o cümlədən Xızı rayonunun Sitalçay kəndində “Shacman”
markalı yük avtomobilinin yol kənarına aşması nəticəsində
deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə
qalmış 1 nəfər xilas edilib.