FHN: Ötən sutka 33 yanğına çıxış olub, 6 nəfər xilas olunub

Xəbər - Trend

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

FHN-dən AzerTimes-a bildirilib ki, “112” qaynar telefon xəttinə
daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 6 halda köməksiz
vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas
olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i
azyaşlı olmaqla 7 nəfər xilas olunub. Həmçinin, 16.04.2022-ci il
tarixində Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi
ərazisindən keçən hissəsində batan 1999-cu il təvəllüdlü
İsmayılzadə Sərxan Rizvan oğlunun meyiti batdığı yerdən təqribən 20
km aralıda kanalda aşkar olunaraq çıxarılıb və aidiyyəti üzrə
təhvil verilib.

Teqlər: