Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, “112”
qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin
aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış
və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz
tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan
həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas
edilib.