FHN: Ötən gün 124 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 124 yanğına çıxış və 7 köməksiz
vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas
olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i
azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər təxliyə
olunub.

Həmçinin, Bakı şəhəri, Yasamal rayonunda 1966-cı il təvəllüdlü
Məmmədov Abbas Kamal oğlunun və Mingəçevir şəhərində 1952-ci il
təvəllüdlü Məmmədova Tükəzban Məmməd qızının meyitləri bağlı qapı
arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Teqlər: