FHN Novruz bayramı ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar
təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı əhaliyə müraciət
edib.

Nazirlikdən AzerTimes-a daxil olan müraciətdə bildirilir ki,
xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı
zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş
duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz
bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq
təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.

Belə ki, bu il də Novruz bayramı koronavirus (COVID-19)
pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə
tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət
olunmalıdır.

Həmçinin, müxtəlif bayram mərasimləri ilə əlaqədar aşağıdakı
yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:

– bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq
böyüklərin nəzarətində olmalı;

– tonqal ev, avtomobil, elektrik naqili, ağac və digər yanar
materiallardan kənarda yandırılmalı;

– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

– yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Teqlər: