FHN-nin bu xidmətləri ASAN-da fəaliyyətə başladı

FHN-nin bu xidmətləri ASAN-da fəaliyyətə başladı

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ASAN Xidmətdə fəaliyyətə başlayıb.

AzerTimes xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar uzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (Agentlik) və FHN-in Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş İdarəsinin birgə əməkdaşlığı nəticəsində ASAN Xidmətdə sahibkarlara Agentlik tərəfindən xidmətlərin təqdim olunmasına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin şöbə müdiri Namiq İsmayılov bildirib ki, ilkin mərhələdə 7 saylı ASAN Xidmətdə sahibkarlar iki xidmətdən yararlana biləcək:

“Sahibkarlar mərkəz vasitəsilə “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi haqqında Çıxarış”ı və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların) dövriyyəsinə “xüsusi icazə”ni əldə edə bilərlər. Prosesin tədricən Bakı şəhəri və regionlarda fəaliyyət göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır. Həmçinin, növbəti mərhələdə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur”.

Qeyd edək ki, sözügedən xidmətlərin “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilməsi şəffaflığın artırılmasını, prosesin asanlaşdırılmasını və sahibkar məmnunluğunun yüksəldilməsini təmin edəcək.

Teqlər: