Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
Lənkəran şəhəri, Göyşaban kəndinin ərazisində “Fövqəladə hal
zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkili” mövzusunda
taktiki-xüsusi təlim keçirib. Təlimdə FHN-in Xüsusi Riskli
Xilasetmə Xidməti ilə yanaşı, Nazirliyin Dövlət Yanğından Mühafizə
Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri də iştirak
edib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin
keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan
qaldırılması zamanı qurumlararası qarşılıqlı fəaliyyətin daha da
təkmilləşdirilməsi, komandir-rəis heyətinin idarəetmə
bacarıqlarının artırılması, şəxsi heyətin fövqəladə hallarla
mübarizə üzrə vərdişlərinin yüksəldilməsi olub.
Təlim 3 mərhələdən – “Xüsusi riskli xilasetmə taborunun yüksək
hazırlıq dərəcəsinə gətirilməsi”, “Hadisə yerinə yürüşün
keçirilməsi və Xüsusi riskli xilasetmə taborunun toplanma rayonunda
yerləşdirilməsi” və “Fövqəladə hal rayonunda axtarış və
yanğın-xilasetmə işlərinin aparılmasının təşkili”ndən ibarət
olmaqla uğurla həyata keçirilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq
tapşırıqlar verilib.