FHN-in Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Təlim-tədris bölməsi istifadəyə verilib (FOTO)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi
və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin
Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun
Təlim-tədris bölməsinin açılışı olub. Fövqəladə hallar nazirinin
müavini Tapdıq Əmraslanov bölmənin açılışında iştirak edib.

Yüksək keyfiyyətli təmirdən sonra ən müasir avadanlıqlarla
təchiz olunmuş Təlim-tədris bölməsinin yerləşdiyi inzibati binada
xalqımızın ulu öndəri Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən foto-stend təşkil olunub. Təlim-tədris bölməsində tədris,
imtahan, server və anbar otaqları fəaliyyət göstərir. Tədris
otaqları müasir tələblərə cavab verən kompüter, lövhə, proyektor və
ekranla, eləcə də daxili şəbəkə və internet xətləri ilə təchiz
edilib. Burada eyni vaxtda 90 nəfərə tədris keçilməsi üçün hər cür
şərait yaradılıb. İmtahan otağı xüsusi proqram təminatı vasitəsilə
eyni anda 15 nəfərin imtahan verə biləcəyi şəkildə kompüter
avadanlıqları ilə komplektləşdirilib.

Teqlər: