FHN-in əməkdaşı faciəvi şəkildə öldü

FHN-in əməkdaşı faciəvi şəkildə öldü

Ağcabədidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

AzerTimes Unikal.az-a istiandən xəbər verir ki, qəza zamanı həyatını itirən Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışıb.

Qeyd edək ki, hadisə ötən gün Ağcabədinin Poladlı kəndində qeydə alınıb. Mahir Şükürzadənin idarə etdiyi VAZ-2107 markalı avtomobil qarşıdan gələn “Tofaş” markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən M.Şükürzadənin həyatını xilas etmək mümkün olmayıb.

Teqlər: