Xəbər - Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində (ən
yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 m aralı, məntəqə
ərazisi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə
məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, dərhal
hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik
müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə
təhvil verilib.