FHN Gəncədə müşavirə keçirdi – Foto

FHN Gəncədə müşavirə keçirdi – Foto

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin akt zalında nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar müşavirə keçirilib.

AzerTimes xəbər verir ki, toplantıda FHN və icra orqanlarının əməkdaşları, sahibkarlar iştirak ediblər.

Müşavirədə müəssisələrdə yarana biləcək təhlükələrin aradan qaldırılması, texniki qaydalara riayət olunması və bu sahədə digər məsələlər barədə maarifləndirici çıxışlar olub.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb.

Teqlər: