İyulun 2-3-də Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında Açıq Avropa turniri keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yarışda 32 ölkənin 200-dən artıq idmançısı iştirak edib.
Beynəlxalq turnirdə Azərbaycan cüdo millisinin üzvü, FHN-in Mülki müdafiə qoşunlarının əsgəri Murad Fətiyev 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olub.
Qeyd edək ki, Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli yığma komandası Açıq Avropa turnirini birinci yerdə başa vurub.