Xəbər - Samir Əli – Trend:
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında vaksinasiya prosesi hələki yalnız Bakı şəhəri üzrə başlayıb.
Bunu AzerTimes-a açıqlamasında nazirliyin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.
O bildirib ki, FHN əməkdaşları koronavirusa qarşı vaksinasiya prosesinə könüllü müraciət edə bilərlər:
“Vaksinasiya prosesi fevralın 25-dən Bakı üzrə başlayıb. Regionlarda vaksinasiya prosesi hələ ki, başlanılmayıb. Lakin vaksinasiya ilə bağlı könüllü müraciət edən nazirlik əməkdaşları FHN-nin Tibb Mərkəzinə gəlməlidirlər”.