Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
şəhəri ərazisində Gəncə çayının sahilində vətəndaşın köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, məlumatla
əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal
hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
edilib ki, Gəncə şəhər sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə
Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 metr olan çay
sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə
qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə N.Ağayevanı
təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.