FHN əməkdaşları Heydər Əliyev Mərkəzinə ekskursiya etdi

FHN əməkdaşları Heydər Əliyev Mərkəzinə ekskursiya etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsi şəxsi heyət üçün “Heydər Əliyev İli” çərçivəsində paytaxtın Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edib.

Nazirlikdən AzerTimes-a bildirilib ki, mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olan Aviasiya dəstəsinin əməkdaşları dəyirmi masa ətrafında fikir mübadiləsi aparıblar.

Çıxış edənlər Ulu Öndərin zəngin dövlətçilik təcrübəsindən, qətiyyətli əzmi sayəsində Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə, müasir ordu quruculuğuna, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılmasına, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə həsr olunmuş şərəfli ömür yolundan ətraflı bəhs ediblər.

Çıxışlarda Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksək templə inkişaf etdiyini, güclü dövlətə çevrildiyini vurğulayıblar.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Teqlər: