FHN-ə əlavə səlahiyyət verildi

FHN-ə əlavə səlahiyyət verildi

Prezident İlham Əliyev “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” fərmanda dəyişiklik edib.

“Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” fərmana edilən dəyişikliyə əsasən, “Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları”nın 2.2-ci bəndi aşağıdakı redaksiyada veriləcək:
“2.2. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.”.