Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
AzerTimes xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə nazirliyə məlumat daxil olmadığını açıqlayıb.